Nisa surəsi 157-158-ci ayələrinin təfsiri

  • 10 yıl önce
Cənab Adnan Oktarın 18 fevral 2013-cü il tarixli söhbətindən Nisa surəsi ilə əlaqədar açıqlamalar.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Nisa surəsi 157 - "bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” – dediklərinə görə lənətə düçar edildilər. Halbuki, onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər.”  "Hz. İsa Məsih (ə.s)-ı deyir Allah, "Makatelehu" deyir bir daha Allah.

158 - "Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!"

 

Allah, heç bir şəkildə hz. İsa Məsih (ə.s)-ı öldürmədiklərini söyləyir. Amma bəzi insanlar israrla "yox öldü, öldü" deyirlər. Ustad da deyir ki, "lap sizin dediyiniz kimi olsa belə, yenə gələcək" deyir. Yəni, hər yoldan istiqamətləri bağlayıb Bədiüzzaman. "Mütləq hz. İsa Məsih (ə.s) gələcək" deyir. Bu zaman hz. Mehdi (ə.s) da, hz. İsa Məsih (ə.s) da fəaliyyətdədir, hər ikisi də. Amma hz. İsa Məsih (ə.s)-ın işi daha fəqlidir, özünə xas bir çətinliyi var, daha gizli, daha örtülüdür. Mehdiyyət daha zahir, daha aşkardır. "Zahir və qalibanə" Bədiüzzaman söyləyir, "Axırzamanda, son zamanda zahir və qalibanə" deyir.