Furqan surəsi,56-59,69,72-77-ci ayələrinin təfsiri
  • 10 yıl önce
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Furqan surəsi, 56-cı ayəni əvvəl də izah etmişdim. Allah bu ayədə: "Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərdik" -  əbcəd hesabı ilə 1980-ci ilə işarə edir və 57-ci ayədə isə - " De: Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm", buyurur. Cənabı Allah təbliğin mənfəət üçün edilməməsini Quranda dəfələrlə vurğulayır, çünki o insanları çox dərindən sarsıdan, mənfi təsir edən bir şeydir.

58-ci ayədə isə: Allah  “Əsla ölməyən və əbədi Yaşayana (Allaha) təvəkkül et"- buyurur. Baxın, Allah nə qədər gözəl söyləyərək qabaqcadan o məlumatı verib, insanların ürəyində bir fərahlıq meydana gətirir və ardından belə deyir: "əsla ölməyən və əbədi Yaşayan ". İnsan ölər, Allah ölməz. Nə vaxta kimi? Sonsuza qədər ölməz, sonsuza qədər diri və sonsuz ağıl sahibi olandır. "(Allaha) təvəkkül et" - oh! Nə gözəldir - Allah "və Onu həmd-səna ilə təriflə. Onun Öz qullarının günahlarından agah olması kifayətdir"- deyir. Əlhəmdülillah. Allah onsuz da yaradır, hər şeyi bilir.

59-cu ayədə Cənabı Allah, “O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra Ərşi yaradıb ona hakim olan Rəhmandır. O, Mərhəmətli Allahdır. Bunu biləndən soruş!" - deyir. Burada Allah, göyləri və yeri altı gündə, yəni altı mərhələ ilə, altı zaman bölümündə yaratdığını ifadə edir.

69-cu ayədə Allah belə buyurur:  “Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar". Burada alçalmadan danışılır. Axirətdə, küfrə verilən cəzalardan biri də alçalmadır, Allahın alçaltmasıdır. Lakin, cəhənnəm əzabının nə olduğunu biz axirətdə görəcəyik. Çünki, cəhənnəmdə hər şeyin aynəl yakin (gördüyümüz kimi, qəti olaraq), haqqəl yakin (ən yaxın bir şəkildə, yaşama ilə)  görünüşünü görəcəyik. Hər kəs görəcək. Lakin, orada, cəhənnəmdə adamlar gəzirlər, danışırlar, cəhənnəm atəşi var, hətta, Huməzə surəsi, 7-ci ayədə Allah: "O Od ki, qalxıb ürəklərə çatacaq"- deyir. Amma, ayələrdə təsfir edilən adamların danışıqlarına baxdığımızda, sakit bir danışıq olduğunu görürük. Yəni elə fəryadlı bir danışıq üslubu deyil, hətta, bir-birləriylə məşğul olurlar, dedi-qodu edirlər. Bizim təsəvvür etdiyimiz kimi bir cəhənnəm deyil. Bəzən fikirlərimizdə canlandırırıq, bizim ağlımıza od-alov, bir benzin yanarkən meydana gələn alov gəlir. Amma, elə bir şey deyil. Çünki elə bir atəşin içində bir insan əsla danışa bilməz, komaya düşər, yəni ağrıdan iflic olar. Adam alovların içərisində fitnə çıxarır, danışır. Bunu bilmirik, qəribədir. Amma ən çox narahat olduqları şeyi, həmişə cənnətdəkilərə etina etdiklərini görürük. Bu əzabı tez-tez görürük. Ayədə: "Rəbbinizə söyləyin bizə sizin yediklərinizdən versin, içdiklərinizdən versin" - deyilir. Beləliklə, oradan sıxıldıqları, bezdikləri aydın olur. Çıxmaq istəyirlər, yəni bir barmaqlıq axtarırlar, çıxa biləcək bir yer axtarırlar. Həbsə düşmüş insanın çətinliyi var üstlərində, bunu görürük biz.

 72-ci ayədə Allah: “O kəslər ki, yalandan şahidlik etməz” - baxın, Allah yalan danışmağı qadağan edir, yalan çox çirkin bir şeydir - "Boş və faydasız sözlə rastlaşdıqda oradan ləyaqətlə üz çevirib keçərlər", deyir. Məsələn, televiziyalarda səs-küyü, iki saat boş-boş danışıqları gördüyümüzdə,  düyməyə basıb keçməliyik. Cənabı Allah "Boş və faydasız sözlə rastlaşdıqda oradan ləyaqətlə üz çevirib keçərlər"- deyir. Keçmək demək mütləq getmək demək deyil. Düyməni basmaqla oradan da keçərsən, inşaAllah.

73-cü ayədə Allah: “Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar"-deyir. Bir qismi anlamamazlıqdan gələr, bir qismi isə kor kimi davranar. Allah, "Kar və kor kimi davranmayın, anlamamazlıqdan gəlməyin"- buyurur. Allah, “Mənim hökmüm çox açıqdır, anlayın və edin" – deyir.

74-cü ayədə Allah buyurur: “Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!” Təqva sahiblərinə öndərlər, yəni, bizi, müsəlmanlara lider etməyi deyərlər. Mehdilik istəyi Qurana görə məcburi olarmı? Bəli, o zaman müsəlmanların hamısı özlərini lider olmaq üçün hazırlayacaq, Allaha dua edəcək, hz. Mehdi (ə.s) olmaq üçün Allahdan gözəl əxlaq diləyəcək, dərin iman diləyəcək, inşaAllah.

75-ci ayə. Cənabı Allah “Onlar səbir etdiklərinə görə Cənnətdə olan ən gözəl otaqlarla mükafatlandırılacaq, orada xeyir-dua ilə, salamla qarşılanacaqlar" – deyir.  İnsanlarda ən çox xoşuna gələn şey nədir? Sağlamlıq və əmin-amanlıqdır. Salamla qarşılanırlar. "Xoş gəldiniz, Salam Əleykum" – deyilir onlara. Otaqlarla mükafatlandırılarlar. Təbii ki, otaqlar boş otaq deyil. Orada söhbətlər var, sevgi var, məhəbbət var, gözəllik var, yemək var, içmək var. 76- cı ayədə Allah belə deyir: “Onlar orada əbədi qalacaqlar”. Bu yaxınlarda bir din xadi
Önerilen