Ənam surəsi, 133-134-135-ci ayələrin təfsiri

  • 10 yıl önce
Adnan Oktar: Məsələn, Qurani Kərimdən hər hansı bir səhifə açıram, Bismillahir-rəhmanir-rəhim. Ənam surəsi, 135: "De: "Ey qövmüm! Əlinizdən gələni edin. Mən də edəcəyəm. Yurdun aqibətinin (Axirət evinin) kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmazlar"". Burada mövzu nədir? İmansızlıq. Fiqh problemi yoxdur burada, təqva problemi də yoxdur. İmansızlıq problemi var. Nə edir? "Əlinizdən gələni edin. Mən də edirəm. Yurdun aqibətinin (Axirət evinin) kimə nəsib olacağını biləcəksiniz". Əgər ayənin tam zahir mənasına baxsaq son zamandayıq "dünyanın sonu" kimindir? Hz. Mehdi (ə.s)- ın və hz. İsa Məsihindir. O tərəfdən baxsaq, işari mənasıyla ona baxır. "Şübhəsiz ki, zalımlar nicat tapmazlar". Nə deməkdir? Dəccaliyət mütləq məğlub olacaq, Ergenekon terror təşkilatının heç bir şəkildə qurtuluşu yoxdur, çünki zalımdır. Mütləq yox olacaqlar.

Ənam surəsi, 133: "Rəbbin Zəngindir, mərhəmət sahibidir. İstəsə, sizi məhv edər və sizi başqa bir qövmün nəslindən yaratdığı kimi sizdən sonra da yerinizə istədiyini gətirər". Məsələn, o dövrdə Ərəb qardaşlarımız İslamı ən yaxşı qoruyurdu. Sonra türklərə keçdi bu vəzifə. Cənabı Allah nə deyir? "Yerinizə istədiyini gətirər". Başqa bir qövm. Türk qövmü gəldi, inşaAllah.

Ənam surəsi, 134: "Heç şübhəsiz, sizə vəd edilən mütləq gələcəkdir. Və siz (bizi) aciz buraxa bilməyəcəksiniz". "Heç şübhəsiz, sizə vəd edilən mütləq gələcəkdir". Nə vəd edilir? Hz. Mehdi (ə.s). Nə vəd edilir? Hz. İsa (ə.s). Ayə qiyamətə baxmaqla yanaşı, eyni zamanda həm hz. Mehdi (ə.s), həm də hz. İsa (ə.s)-a da baxır. Həm də dünya hakimiyyətinə baxır, inşaAllah. Bax, deyir ki: "Ey qövmüm! Əlinizdən gələni edin. Mən də edirəm". Darvinistlərə biz də deyirik: "bütün edə biləcəyinizi edin, əlinizdən gələni edin. Biz də edirik" deyirik. "Yurdun aqibətinin (Axirət evinin) kimə nəsib olacağını biləcəksiniz" Onlar deyir ki: "kommunistlərin, olacaq" yaxud "kapitalistlərin olacaq." Xeyr, müsəlmanların olacaq, Mehdiyyətin olacaq. "Şübhəsiz ki, zalımlar nicat tapmazlar". Bütün dəccallar, tiranlar təpələnib gedəcək, yalnız haqq və həqiqət dünyaya hakim olacaq.