Azərbaycan xalq mahnısı "Bülbülün geydiyi sarı"
Bülbülün geydiyi sarı,
Mən ağlaram zarı-zarı,
İtirmişəm nazlı yarı,
Sən ağlama, mən ağlaram. (Oxu, oxu, nazlı bülbül!)
Nəqərat:
Axtarıram, nazlı yarı,
Oxu, oxu, nazlı bülbül!
Bülbülün geydiyi atlas,
Atlasa iynələr batmaz,
Mənim yarım mənsiz yatmaz, (O qız ölər, məni atmaz,)
Sən ağlama, mən ağlaram.
Nəqərat:
Yarım ölər, məni atmaz,
Oxu, oxu, nazlı bülbül!
Bülbülün geydiyi yaşıl,
Gün dəyəndə parıldaşır,
Qız görsəm, dilim dolaşır,
Oxu, oxu, nazlı bülbül!
Nəqərat:
Yar görsəm, dilim dolaşır,
Oxu, oxu, nazlı bülbül!