Oynatıcıya atlaAna içeriğe atla
  • 7 yıl önce
Küçələrdə çətin şəraitdə yaşayan, diləndirilən uşaqlar cəmiyyətimizin qanayan yarasıdır.













♦♦ Bu gün ölkəmizdə çətin şəraitdə yaşayan onlarla körpə var. Onları axtarmaq üçün çox da çətinlik çəkməyə ehtiyac yoxdur, demək olar ki, hər gün qarşımıza çıxan bu uşaqlar metrolarda, mağazaların qarşısında, parklarda məcburi diləndirilir. Hava şəraitindən asılı olmayaraq hər gün “işə çıxarılan” bu uşaqlar gələcəyimizin utancverici görüntüsüdür. Nə etdiklərini belə dərk etməyən körpələr yoldan ötən insanların mərhəmətinə sığınaraq onlardan pul dilənir. Aydın məsələdir ki, körpə bunu özü etmir. Bu cür uşaqlar müvafiq qruplar tərəfindən məcbur işə yönəldilir. Çox zaman körpələr analarının ya da bizim anası kimi bildiyimiz qadınların yanında və ya qucağında olur. Küçələrdə və ya metro girişlərində qucağında körpə uşaqla dilənən qadın insanların mərhəmət damarından istifadə edərək gündəlik gəlirini çıxarır. Lakin, məsələnin görünməyən tərəfləri də var. Bu biznesin əsas nümayəndələri heç də göz önündə olan o körpələr deyil və körpələr heç də həmişə öz doğma analarının qucağında olmur. Bu körpələrin çoxu oğurlanan və ya valideynləri tərəfindən atılan körpələrdir.
Qucağında uşaqla dilənən qadınlara diqqətlə baxın. Nə üçün uşaqlar çox zaman yatmış olur? Cavabını biz deyək, çünki işə mane olmamaları üçün onlara keyidici, sakitləşdirici iynələr vurulur. Bunların o uşağa necə təsir etdiyini təsəvvür edirsinizmi? Gələcəyimiz olan o uşaqların həyatı gözümüzün önündə məhv edilir.
Soyuq aylarda buz kimi asfaltın üzərində diləndirilən o uşaqlar sosial sfera üçün ciddi təhdiddir. Psixologiyası pozulmuş uşaqlar gələcəyin deviant davranışının əsasını təşkil edəcəklər. Sərxoşluq və alkoqolizm, narkomaniya, cinayətkarlıq, intihar, fahişəlik, habelə oğurluq və qarət, kimyəvi və sosial asılılığa səbəb olan davranışlar bu şəraitdə böyüyən uşaqlarda vərdişə çevriləcək.
Uşaqların diləndirilməsi İnsan alverinin bir növüdür.
İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatında bildirilir ki, ölkəmizdə keçirilən reydlər zamanı küçələrdə işləyən və dilənçilik edən 570 uşaq müəyyən edilib. Onların da 220-si üzərinə düşən vəzifələri yerinə yetirməyən valideynlər tərəfindən məcburi diləndirilir.
Təhsildən,qayğıdan, valideyn himayəsindən məhrum, sosial şəraitləri bərbad vəziyyətdə olan bu uşaqlar üçün müəyyən tədbirlər görülür. Ümid edirik ki, aparılan tədbirlər öz nəticələrini verəcək və tamamilə aradan qaldırılmasa da ən azından bu kimi halların azaldılmasına nail ola biləcəyik.

⌨ https://www.qalanews.com

▶ Xəbərdar olun ;

Hərbi
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwFLDdBJuZ-CzpbRlnxAPoka

Dünyada
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwHM9wbruVFTqcnHvgYXBhp_

İqtisadiyyat
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwEbZFoerG_4KTaMSz2tSZlz

Siyasət
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwHEWVONCCtjzhOScTdLXHLn

Araştırma
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwHRe1lSX9gpT2TwOAh0v9xJ

Had
Yorumlar

Önerilen