Hörmətli Adnan Oktarın 13 oktyabr 2012-ci il tarixli söhbətindən Axırzamana aid bəzi əbcəd hesabları ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: Bədiüzzamanın xas tələbələrindən olan Əhməd Feyzi Ağanın Axırzamanla əlaqədar nələr bildirdiyinə bir baxın. Hanı qardaşımız bizdən: "Hocam bu məlumatlar haradan gəlir?" deyə soruşmuşdu.
Tövbə surəsi, 32-ci ayə. Bədiüzzaman bu şərhi kitabına əlavə etdirir. Şeytandan Allaha sığınıram. "Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər". Tövbə surəsi, 32-ci ayə. Danışaraq, yazaraq. Həmin yazını başqalarının oxuması da, yenə ağızlarıyla söndürməyə çalışmaları deməkdir. "Halbuki, kafirlər istəməsə də", küfr əhli istəməsə də, "Allah, Öz nurunu tamamlamaqdan başqa bir şey istəmir". Əhməd Feyzi Ağa bunun əbcədini hesablamış, Bədiüzzaman isə bunu Risalə-i Nura əlavə etmişdir. Əbcədi 2002-ci ili verir.
Yenə Əraf surəsi, 56-ci ayə. Əhməd Feyzi Ağa əbcəd hesabıyla, cifr elmiylə bir çıxarış təqdim edir inşaAllah.
İlk yorumu siz yapın