Yaponiyada insanabənzər robot EMIEW daha da təkminləşdirildi. EMIEW2-in təqdimatı

  • 12 years ago
Yapon elektronika nəhəngi Hitachi, insanabənzər robot EMIEW2in ən yeni modelini təqdim etdi.
İnternetə bağlanıb obyektləri öyrənə bilən robot, itən əşyaların yerini də də təsbit edib sahibinə göstərə bilir.

İnkişaf etdirilərək insan üzlərini tanıyıb ayırd edə bilən hala gətirilən EMIEW2 adlı robot artıq özünə göstərilən obyektləri öyrənməyə və yerlərini tapmağa çatacaq qədər süni zəka sahibi oldu.

14 kiloqram ağırlığında və 80 santimetr uzunluğunda olan robot, saatda 6 kilometr sürətlə irəliləyə bilir. EMIEW2, başındakı iki kamera sayəsində gördüyü obyektlərin şəkillərini və rənglərini yaddaşına yazır. Robot ayrıca internetdən endirdiyi şəkil və şəkillər sayəsində də gördüyü obyektləri tanıya bilir.

Hitachi səlahiyyətliləri, robotu bu an satışa çıxarmaq kimi bir düşüncələrinin olmadığını ifadə edir. Ancaq EMIEW2in, gələcəkdə, xəstəxana və evlərdəki yaşlılar ilə turistlərə xidmət vəzifələrində istifadə edilə biləcəyi deyilir.

Recommended