Oynatıcıya atlaAna içeriğe atlaAltbilgiye atla
  • 14 yıl önce
Bakıda Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan və Türkmənistan respublikalarının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş “XXI əsrdə qadının rolu: qadın siyasətçilərin məsuliyyəti” mövzusunda keçirilen Beynəlxalq konfransın türkdilli ölkələrdən olan bir qrup nümayəndəsi oktyabrın 4-də Qafqaz Universitetində olmuşdur.
Rektor professor Əhməd Saniç ulu öndər Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, dahi şəxsiyyət Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.

Kategori

🗞
Haberler

Önerilen