İsra surəsinin 107-109-cu ayələrinin təfsiri (16 may 2011-ci ildəki söhbətdən)

  • 8 yıl önce
Adnan Oktar: Bax, Allah Quranda, İsra surəsinin 107-ci ayəsində deyir ki. Şeytandan Allaha sığınıram. Dinləyən qardaşlarımız da şeytandan Allaha sığınmalıdır, onu xatırladıram. De: “İstər ona inanın”, yəni istər Qurana inanın, “…istərsə də inanmayın: O, daha əvvəl özlərinə elm verilənlərə oxunduğu zaman", daha əvvəl özlərinə elm verilənlər kimlərdir? Xristianlar və yəhudilərdir. Nə edirlərmiş? Allah: "...Çənələrinin üstünə qapanaraq səcdə edirlər" deyir. Həqiqətən də yəhudilər və xristianlar səcdəyə üzüstə qapanırlar. Onların etdiyi səcdə, bizim səcdəmiz kimi deyil. Üzüstə uzanıb, çənəsi yerə dəyəcək şəkildə, belə uzanırlar. Baxın:  "...Çənələri üstünə qapanaraq" üzü yerdə bu şəkildə, tam uzanırlar yəni, əllərini də açaraq. "Və: “Rəbbimiz ucadır! Rəbbimizin vədi mütləq yerinə yetmişdir!” deyirlər". Allah: “Əhli k

Önerilen