Həcc surəsinin 16-cı, 19-cu və 21-ci ayələrinin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 6 noyabr 2012-ci il tarixli reportajından Həcc surəsi ilə əlaqədar verdiyi şərhlər.

ADNAN OKTAR: Allah Həcc surəsində: "Biz onu (Quranı) açıq-aydın ayələr kimi nazil etdik" deyir. Allah: "Anlaşılmaz deyildir" deyir. Çox aydındır, başa düşə bilərsiniz. "Açıq-aydın ayələr kimi nazil etdik. Şübhəsiz ki, Allah, istədiyi kəsi doğru yola yönəldər". Allahın doğru yola yönəltdiyi kimsəni azdıra bilmirsən, azmır əlhamdülillah. Azdırdığını da doğru yola yönəltmək mümkün olmur, yəni nə edirsən elə alınmaz. "Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar biçilmişdir". Cəhənnəmdə geydikləri paltarlar onlara od kimi görünəcək. Onlara paltarlar paylanılır, lakin oddan biçilən paltarlar. Amma o bildiyimiz od kimi deyil. "Başları üstündən də qaynar su töküləcəkdir" deyir. Bildiyimiz qaynar su deyil. O Cəhənnəmin suyudur, ayrı bir şeydir. Məsələn, Allah: "Hüceyrələrə qədər işləyər" deyir.

Önerilen