Tövbə surəsi 90-91-ci ayələrin təfsiri

A9 TV

door A9 TV

725
41 views
ADNAN OKTAR: "Bədəvilərdən üzrlü olduqlarını iddia edənlər evdə qalmaq üçün icazə verilsin deyə gəldilər. Allaha və Onun Peyğəmbərinə yalan söyləyənlər də oturub qaldı. Onlardan kafir olanlara şiddətli bir əzab üz verəcəkdir." İndi məsələn, "şəxsi-mənəviçilər də və yaxud Mehdi (ə.s) gəlməyəcək", "İttihad-ı İslam olmayacaq", "Türk-İslam Birliyi olmayacaqdır" deyənlər, oturub qalmalarına sevinirlər. "Onlardan kafir olanlara şiddətli bir əzab üz verəcəkdir" deyir Allah. "Allaha və Onun elçisinə qarşı qəlbən bağlı qalıb, xeyirə çağıranlar olduqları müddətcə, gücsüz-zəiflərə, xəstələrə və infaq etmək üçün bir şey tapa bilməyənlərə heç bir günah gəlməz. Yaxşılıq edənlərin əleyhinə də bir yol yoxdur. Allah bağışlayandır, rəhm edəndir." Yaxşıların daim bir əmin-amanlıq və rahatlığı var. Məsələn, xəstədirsə,  Allah "məsul olmaz" deyir. Amma güclü qüvvətli, imkanı var, pulu var, hər cür ictimai imkanı var, İslamı, dini qorumursa, bunun məsuliyyəti ona aiddir, axirətdə hesabını verəcəkdir, inşaAllah.