Həcc surəsindəki 60-61, 63-64, 56-58, 65-72 və 78-ci ayələrin təfsiri

  • 10 yıl önce
Adnan Oktar: Bismillah. Bəli, Həcc surəsini açanda "şeytandan Allaha sığınıram" deyilir. Bunu bizə Allah buyurur. Hər kəs özünə edilən haqsızlığın bənzəri ilə cavab verər, yəni, bir haqsızlığa qarşılıq onun bənzəri. Daha sonra əleyhinə yenidən azğınlıq və hücum olsa, qisas olaraq həmin hərəkətin eynisini edər, lakin bu səfər həmin adam qarşılıq versə, Allah, mütləq ona kömək edər. Şübhəsiz ki, Allah rəhm edəndir, bağışlayandır.

Bu möcüzədir. Bax, deyir ki, Allah mütləq ona kömək edər, inşaAllah. Çünki, Allah gecəni-gündüzə, gündüzü-gecəyə bağlayıb qatar. Şübhəsiz, Allah eşidəndir, görəndir. Məsələn, indi qaranlıq çöküb, gecədir, bir müddət sonra bütün dünya işıqlanacaq, sabah olacaq. Bu hər zaman təkrarlanır. Təbiidir, insanlar buna alışdıqları üçün çox normal qarşılayırlar. Əslində, böyük aləmin qaranlığa bürünməsi çox böyük bir möcüzədir. İşıqlandırılması da çox böyük bir möcüzədir və bu hadisə insanın beyninin içində meydana gəlir. Çünki, çöldə qaranlıq və aydınlıq deyə bir şey yoxdur. Çöldə yalnız qaranlıq vardır. İşıq bizim beynimizin içərisində yaradılır. Allah işığı beynimizin içində meydana gətirir və bütün kainatı insanlar öz beyinlərinin içərisində bir gündüz və bir gecə olaraq görürlər. Əslində davamlı qaranlıqdır. Çünki, işıq qəbul formasıdır. Yəni, beynin şərhidir. "Beləcə; çünki, Allah haqqın Özüdür. Onun xaricində onların ilah hesab etdikləri isə şübhəsiz, batilin özüdür. Həqiqətən, Allah Ucadır, Böyükdür."

Allah haqqın Özüdür. Onun xaricində onların ilah hesab etdikləri isə şübhəsiz, batilin özüdür, yəni, darvinizm, materializmə işarədir. "Görmədinmi, Allah, göydən su endirdi, beləcə yer üzü yaşıl örtüyə büründü. Şübhəsiz, Allah lütf edəndir, hər şeydən xəbərdardır." O zaman "görmədinmi" nə deməkdir? Allah "göydən suyun endirilməsini və hər şeyi izləyin" deyir. İzləmək üçün elmə ehtiyac vardır. İzləmək elm deməkdir. Yenə elmi əmr edən bir Quran ayəsidir. "Göylərdə və yerdə hər nə varsa, onundur. Şübhəsiz, Allah heç bir şeyə ehtiyacı olmayandır, tərifə layiq olandır."

"Mülk, o gün yalnız Allahındır. O, aralarında hökm edəcəkdir. Artıq iman edib saleh əməllərdə olanlar nemətlərlə təmin edilmiş cənnət içindədirlər. İnkar edib ayələrimizi yalanlayanlar; artıq onlar üçün alçaldıcı bir əzab vardır" Allah insanlarda qürur yaradır, eqoizm yaradır. Küfr, qürur və eqoizm çox şiddətlidir. Bax, "alçaldıcı bir əzab" deyir. Alçaldılmaq küfrə daha pis təsir edər. Ən narahat olduqları bir şeydir. Məsələn, ölümdən çəkinməz, amma alçaldılmaqdan çox çəkinər. Ən xoşlamadıqları şeydir. Allah da onlara alçaldılma verir, canlarını alçaldılma ilə yandırır. "Allah yolunda hicrət edib öldürülən və ya ölənlərə gəlincə isə şübhəsiz, Allah onları gözəl bir ruzi ilə ruziləndirəcək. Şübhəsiz, Allah ruzi verənlərin ən xeyirlisidir." Bax, Allah yolunda hicrət edib öldürülən. Allah yolunda hicrət edib, evini tərk edib, başqa bir yerə gedib, lakin orada öldürülüb və ya ölüb. Lakin bu Allah yolunda gedərkən ölüb, "şübhəsiz, Allah, onları gözəl bir ruzi ilə ruziləndirəcək " Yəni, Allah "şəhid olacaqlar" deyir. "Şübhəsiz, Allah ruzi verənlərin ən xeyirlisidir."

 Yenə Həcc surəsi 65-ci ayədə Allah "görmədinmi" deyir. "Görmədinmi", şeytandan Allaha sığınıram, "Allah, yerdəkiləri və dənizdə onun əmri ilə axıb gedən gəmiləri, sizin faydanıza verdi." "Yerdəkiləri", yerdə nə var? Avtomobillər, motosikletlər, qatarlar, avtobuslar var. "Dənizdə onun əmri ilə axıb gedən gəmiləri", gəmi kimin əmri, kimin gücü ilə gedir? Əlbəttə ki, Allahın yaratdığı güclə gedir. Allah "gəmini də, avtomobili də Mən yaratdım" deyir. Allah gəmini bizim beynimizin içində yaradır. Gəmini biz çöldə görmürük, çöldə qapqara bir qaranlıq var. Avtomobili də görmürük, avtomobil atomun quruluşu səbəbiylə həm şəffaf, həm də qapqaradır. Allah beynimizdə onu işıqlandırır və rəngli görürük. Yəni, rəngi şərh edən bizim beynimizdir. Rəng deyilən şey odur ki, o maddənin üzərindən gələn dalğa boylarının fərqliliyi hadisəsidir. Dalğa olaraq bizə gəlir. O dalğa boyların fərqliliyini bizim beynimiz işıq və rəng olaraq şərh edir. Bu səbəbdən, Allah "gəmiləri də Mən yaratdım" deyir, qurudakı bütün vasitələri, hər şeyi yaratdım deyir. "Gedən gəmiləri, sizin faydanıza verdi və izni olmadan göyü yerin üstünə düşməkdən saxlayar." Allah "göyün də, atmosferin də yuxarıda dayanmasını təmin edirəm" deyir. Yoxsa enərdi. "Şübhəsiz, Allah insanlara qarşı şəfqətlidir, çox Mərhəmətlidir." Bu, Allahın mərhəmətli və şəfqətli olduğu bilinmir. Həmişə bir çox insan Allahı haşa zülmkar bilər. Halbuki, Allahın Rəhman və Rəhim olması, şəfqətli və mərhəmətli olması əsas xüsusiyyətidir. Bunu hər yerdə, maddənin quruluşunda, atomun quruluşunda, heyvanların bir-birinə göstərdiyi şəfqətdə görərik. Uşaqlarını, balalarını qorumadakı xüsusiyyətlərində görərik. Elə deyilmi? Məs