Ələq surəsi, 1-19-cu ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Rəhman və Rəhim olan Allahın adı ilə, şeytandan Allaha sığınıram. On doqquz ayədən ibarət olan Ələq surəsi həm dəccaliyyəti, həm mehdiyyəti, həm də axırzamanı izah edən bir surədir. Əlbəttə ki, ayənin əsl mənasını peyğəmbər (s.ə.v)-in zamanındakı hadisələri izah edir, amma Quran hadisələri hekayə tərzində izah etməz, mütləq həyatda qarşılaşacağımız hadisələr vardır, onları izah edir.

Rəhman və Rəhim olan Allahın adıyla, şeytandan Allaha sığınıram. Ələq surəsi, 1-ci ayədə Allah Təala: "Yaradan Rəbbin adıyla oxu"―deyə buyurur. Axırzamanda müsəlmanların dəccaliyyətə qarşı nə etməsi lazımdır? Bol-bol oxuması, mədəniyyətini artırması, mükəmməl bir ümumi mədəniyyətə sahib olması lazımdır. Ələq surəsi, 2-ci ayədə Allah deyir: "O, insanı bir ələqdən yaratdı". Allah dərhal insanın yaradılışına  diqqət çəkir. Yaradılışçılarla darvinistlərin mübarizəsinin nə qədər əhəmiyyətli olduğunu burada görürük. Allah Quranda əvvəlcə yaradılışdan bəhs edir, yaradılışın əhəmiyyətini izah edir. 3-cü ayədə Allah: "Oxu, Rəbbin ən böyük kərəm sahibidir"―deyir. Allah yenə oxumağın əhəmiyyətinə diqqət çəkir. 4-cü ayədə: "Ki O, qələmlə (yazmağı) öyrədəndir". Eyni zamanda, yazmaq; kompyuterlə, qələmlə hər cür yazmağı Allah göstərir. Biz də nə etdik? Üç yüz kitab yazdıq, yüzlərlə internet saytı açdıq, televiziya kanalı açdıq, radiolar, qəzetlər, hər yerdə İslamı, Quranı təbliğ edirik, inşaAllah. "Ki O, qələmlə (yazmağı) öyrədəndir". Kim öyrədir, kim yazır, bizmi öyrənmişik? Xeyr, Allah öyrədir, Allah yazır. Biz isə vəsiləyik. Hər şeyi yaradan Allahdır. Allah Təala 5-ci ayədə deyir: "İnsana bilmədiyini öyrətdi." Deməli, cəhalət böyük bir problemdir. Mən insanlara mövzuları izah edirəm, kim izah edir? Məni kim danışdırır? Allah danışdırır. İzah edən də Allahdır. Mən isə vəsiləyəm. Öyrədən Allahdır. Onun üçün heç kim nə həqiqi alim, nə də müəllimdir, hər kəsə hər şeyi öyrədən Allahdır.

6-cı ayədə Allah Təala buyurur: "Xeyr! İnsan doğrudan da həddini aşar, azar". “İnnəl insana lə yatğa". Bu, Bədiüzzamanın xüsusilə üzərində dayandığı bir ayədir. Bu ayə Darvinin ölüm tarixini verir. 7-ci ayədə Allah deyir: "Özünü müstağni gördüyündən". Yəni özünü alim, böyük hesab edər. İnsan özünü müstağni görməməlidir, özünü tənqid edib, səhvlərini qəbul etməli, özünü böyük hesab etməməlidir. Bütün gücün Allahda olduğunu bilib, hər şeyi yaradanın Allah olduğunu bilib, özünü Allaha təslim etməlidir. 8-ci ayə: "Axı sənin axır dönüşün Rəbbinədir!". "Ölümdən sonra mütləq diriləcəksiniz". 9-cu ayə: "Gördünmü o kəsi ki, mane olur"―İslam Birliyinə kim maneə törədir? Xurafat dəstəsi, dəccaliyyət, PKK, iddia edilən Ərgənakon Terror Təşkilatı. Dəccaliyyət,  İslam Birliyinə, Türk-İslam Birliyinə, Quran əxlaqının yayılmasına, xeyir olan hər şeyə maneə törətmək istəyir. 10-cu ayə:"Bir bəndəyə namaz qıldırdığı vaxt". Quran oxutdurmaz, namaz qıldırmaz, İslam Birliyinin meydana gəlməsini qəbul etməz, Türk-İslam Birliyinə mane olar, hər şeyə mane olar. 11-ci ayə: "Bir de görək, əgər o doğru yoldadırsa...". Bu ayə Mehdiyyətə işarə edir. Deməli, Mehdiyyətə, İslam Birliyinə  maneə törədilməyə çalışılacaq, hz.Mehdi (ə.s)-ı həbs etməyə çalışılacaq, tələbələrinə maneə törədilməyə çalışılacaq, Quranın işarəvi mənası budur. 12-ci ayə: "Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə..."―hz. Mehdi (ə.s) nəyi əmr edəcək? Təqvanı izah edəcək, Allahın əmrini bildirəcək, gözəl əxlaqı bildirəcək, Allahın əmrlərini nəql edəcək. 13-cü ayə: "Söylə görək, əgər (o kafir haqqı) yalan sayıb üz döndəribsə?". Nəyi yalan sayırlar? "Hz.Mehdi (ə.s) gəlməyəcək, hz.İsa (ə.s) gəlməyəcək, İslam hakim olmayacaq", "Darvinin dedikləri doğrudur, Allah yaratmadı, hər şey təsadüfən yaradıldı” –deyir və üz çevirir, dinləmək istəmirlər. Dinləyənlərə də maneə törədir. Adam deyir ki: "əsla bunlara yaxınlaşmayın, əsla kitablarını oxumayın". 14-cü ayə: "Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!" Bilsə onsuz da elə etməz. Allah hər yerdədir. Allah bir ayədə belə buyurur: "Üç adamdırsa dördüncüsü Allahdır, beş adamdırsa altıncısı Allah olar", "orada mütləq Allah sizi dinləyər". Allah həm görür, həm eşidir. 15-ci ayə: "Xeyr! Əgər son qoymasa"―yəni dəccallığına davam etsə, Türk-İslam Birliyinə maneə törətməyə çalışsa, darvinizm-materializmi dəstəkləsə, hz.Mehdi (ə.s)-a, hz.İsa Məsih (ə.s)-a maneə törətməyə çalışsa, "and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik". Allah Təala alnında nə varsa ondan, sarığı varsa sarığından tutar və onu sürükləyər. 16-cı ayə: "Özü də yalançı, günahkar kəkilindən tutub cəhənnəmə sürükləyəcəm!". 17-ci ayə: "Qoy o özünün bütün tərəfdarlarını"―yəni təriqətindəki yoldaşlarını, kim varsa çağırsın. Və yaxud öz təşkilatında, iddia edilən Ərgənakon terror təşkilatında kim v